Bu şair Elza Seyidcahana görə AYB üzvlüyündən istefa verdi

media-hightechnic-468x90

Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Belə ki, bir çoxları Elza Seyidcahanın üzv seçilməsini dəstəkləmir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq qərarı aldığını bildirib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ərizə yazıb:

“Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”.

Bundan sonra isə o, Birliyin sədri Anar Rzayeva və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət edərək Elza Seyidcahanın üzvlüyə qəbul olunması ilə bağlı zəmanət verən 3 nəfərin adının kimliyini açıqlanılmasını istəyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05