!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şəxslərə iqlimə uyğun paltarlar veriləcək

!Reklam – Yazi

Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yemək və maddi-məişət təminatı ilə bağlı yeni qaydalar müəyyən olunur.

Yenicag.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.

 

COP29

www.yenicag.az

95
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv