!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu şirkət şəhid övladlarını xaricdə pulsuz oxutdurur

!Reklam – Yazi

Bir müddət öncə Azərbaycan xalqı və dövləti özünün ən şanlı tarixini yazdı. Əlbətdə ki, bu tarix itkilərsiz, şəhid və qazilərmiz olmadan yazıla bilməzdi. Bu zəfər bayramından sonra biz də şirkət olaraq öz dəstəyimizi göstərməyi özümüzə borc bildik. Sırf buna görə də şəhid övladlarına Türkiyənin dövlət universitetlərində qəbul prosesini tamamilə pulsuz etmək qərarına gəldik. Hətta yüksək nəticəsi olan şəhid övladlarının təhsil haqqlarını şirkət öz hesabına qarşılayacaq. Bundan əlavə olaraq əgər qazilərimiz distant təhsil üçün müraciət etsələr onlardan da heç bir xidmət haqqı alınmayacaq. Bizim üçün bu koorporativ sosial məsuliyyətdən daha çox mənəvi borc, vicdan və şərəf məsələsi sayılır. Ona görə də sizlərdən rica edirik ki, bu məlumatın yayılmasında bizimlə həmdəm olasınız.

Fuad Hacıyevin sözlərinə görə bəzən valideynlər haqlı olaraq övladlarını əcnəbi ölkəyə göndərməyə çəkinir. Onlar düşünür ki, dilini mədəniyyətini bilmədikləri ölkədə övladları ciddi problemlərlə qarşılaşa bilər. Ancaq çox uzaq olmayan bir ölkədə, dilinə, dininə, mədəniyyətinə bələd olduğumuz Türkiyədə də azərbaycanlı tələbələr üçün təhsil əlçatımlıdır.

“Study in Turkey” Tükiyədə təhsil şirkətinin Bakı ofisinin diektoru Fuad Hacıyev bildirib ki, Türkiyədə bir çox sahədə mükəmməl təhsil almaq mümkündür:

“Biz ölkədə daşıdığı ada tam uyğun fəaliyyət göstərən tək Türkiyədə təhsil şirkətiyik. Hazırda, Türkiyədə yerləşən bir çox universitet artıq tələbə qəbulu elan edib və indi müraciət üçün ən əlverişli vaxtdır. Türkiyədə mühəndislik, bzinesin idarəedilməsi, turizm sahəsində yaxşı təhsil almaq mümkündür, həmçinin, biz qəbul olmaq şansı bir çoxlarına az görünən tibb fakültəsinə də qəbul olmaq imkanı yaradırıq. Şəhid övladları üçün isə heç bir xidmət haqqı almadan Türkiyədə istənilən yüksəkixtisaslı ali təhsil müəssisəsində təhsil imkanı yaradırıq.

Bundan başka Fuad Hacıyev bildirib ki, Ankara şəhərində yerləşən OSTİM Teknik Universitetinin Azərbaycan ofisi tezliklə açılacaqdır. Azərbaycanlı tələbələr universitetdə təhsil aldıqdan sonra OSTİM sənayesində işləmək şansı qazanacaqlar. Bu universitet çox peşakar mühəndislər yetişdirib onları ölkəmizə qazandıracaqdır. OSTİM Teknik Universiteti Azərbaycanlı tələbələrə xüsusi təqaüd imkanları yaratmaqda davam edir. O cümlədən yüksək imtahan nəticəsi olan şəhid və qazi övladlarına tam təqaüdlü təhsil şansi verəcəkdir.

Ətraflı məlumat üçün şirkətin saytını izləyə və suallarınızı bizə ünvanlaya bilərsiniz.

www.yenicag.az

586
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv