!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu spirt və sabunlar koronavirusdan daha yaxşı qoruyur - Həkimlərdən tövsiyə

!Reklam – Yazi

Əlləri çöldən evə qayıtdıqdan və tualetdən sonra, yemək yedikdən əvvəl mütləq yumaq lazımdır. Evdən çıxmırsınızsa, əllərinizi hər 10 dəqiqədən bir yumağa və ya spirtlə silməyə ehtiyac yoxdur.

Yenicag.az xəbər verir ki, Rusiayalı immunoloq Vyaçeslav Jemçuqov bildirib.

“Sabunun markası heç bir əhəmiyyət daşımır. İstənilən sabun – bərk və ya duru – ola bilər”, – Vyaçeslav Jemçuqov deyib

Həkim-terapevt Lyudmila Lapanın sözlərinə görə, uşaq və ya məişət sabunu (72%) daha yaxşıdır. Onların tərkibində olan maddələr çirk və virusları daha yaxşı yuyub aparır.

“Dəriniz həssasdırsa uşaq sabunundan istifadə edin”, – həkim bildirib.

Mütəxəssislər qeyd edir ki, əllərin dezinfeksiyası üçün tibbi spirtdən istifadə olunmamalıdır. Bu dəri üçün çox ziyanlıdır. Həmçinin 95% tibbi spirt çox tez buxarlanır və nəticədə lazım olan dezinfeksiya əldə olunmur. Koronavirusu məhv etmək üçün spirt əllərdə bir müddət qalmalıdır. 60-70% spirt və ya xüsusi saniteyzer daha yaxşıdır. Belə spirt daha gec buxarlanır və koronavirusu tam məhv edir.

“Sabun və su koronavirusu məhv edən ən yaxşı vasitələrdir. Bu istənilən sanitayzerin istifadəsindən qat-qat daha effektlidir”, – mütəxəssislər qeyd edir./Saglamolun/

www.yenicag.az

723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv