Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu suala belə cavab harda görülüb? – Bakıda VİDEOSORĞU

610x380xmilyonlar.jpg.pagespeed.ic.2XkZw-8DuMYeniCag.az xəbər verir ki, Ölkə.Az-ın çəkiliş qrupu paytaxt sakinləri arasında növbəti maraqlı videosorğunu keçirib.

Bu dəfə paytaxt sakinlərinə yönəltdikləri sualda əməkdaşlarımız çoxlu pul qazanacaqları təqdirdə insanların onu hara xərcləmək istədiklərini öyrənib.

Suallara cavablar da həmişə olduğu kimi müxtəlif olub. Bəziləri 1 milyon udacaqları təqdirdə onu xeyirxah işlərə, bəziləri yeməyə, içməyə, kefə, damağa, bəziləri daşınmaz əmlaka və yaxşı dostlara xərcləyə biləcəklərini deyiblər.

Bəziləri bu pulu banka qoymağın, biznes qurmağın, maşın almağın, bəziləri isə kazinoya qoymağın daha düzgün olduğunu deyiblər. Çox sevindirici haldır ki, rəyi soruşulanlar arasında “bu pulla təhsilimi davam etdirərdim” deyə sorğuya cavab verənlər də tapılıb.

Ən maraq doğuranı isə bir gəncin sorğuya “araq, ev və siqaretə xərcləyərdim” cavabı olub. Görünür o, elə alkoqolun təsirindən verilən sualdakı pulun məbləğini dərk etməyib, əks təqdirdə bu məbləğə ala biləcəyi arağın və siqaretin qədərini anlayar, geridə qalanını da daha xeyirli şeylərə xərcləyəcəyini deyərdi.

İzləyin…

www.yenicag.az

93