!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bugünkü reallığımız - Gözləyən təhlükə - İtaliyadan HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Düşünürəm ki, hamı İtaliyada yaşadığımı bilir.

Buna görə də bizim üçün bu çətin saatı xatırlayan, yazan, zəng vuran hər kəsə təşəkkür edirəm. Çünki Şəxsən hər kəsə burda nələrin baş verdiyini deyə bilmərəm, burada yazıram. Mən artıq fəryad edirəm. Son gücümlə ən azından mənə əziz olanlara kömək etməyə çalışıram.

Əzizlərim! Bir neçə həftə içində sizi nəyin gözlədiyi haqqında təsəvvürünüz belə yoxdur !

Qısa bir müddət ərzində həyatınız sürətlə dəyişilərək sanki bir filmə çevrilir – reallıqda, bir fəlakətə çevrilir.

Beləliklə, hələ də öz kefinizdən qalmırsınızsa, ziyarətə gedin, işləyin, uşaqlarınızı uşaq bağçalarına və məktəblərə aparın, sadəcə bilin: İki həftə əvvəl bizdə eyni şey var idi. Mən də gülürdüm və biznesimi xilas etməyə çalışırdım. Biznesim ölkəyə turist axınından asılı idi. İndi bu artıq əhəmiyyətli deyil. İndi bizim üçün yalnız bir şey aktualdır – yaşamaq.

Uzun müddət qorxmaq istəmirdim, amma ola bilsin hazırkı vəziyyəti təsvirim dostlarımın təsəvvüründə nəyisə dəyişəcək və hətta kiminsə həyatını xilas edə bilərəm.

Beləliklə, bugünkü reallığımız:

Ərzaq mağazalarından və apteklərdən başqa hər yer bağlandı. Həftədə bir dəfə ərzaqlar, maskalar və əlcəklər üçün evdən çıxırıq. Çıxmaq üçün icazəniz olmalıdır, mağaza yalnız 1 km radiusda evin ətrafında olmalıdır. Onlar sizi GPS-lə izləyə bilər (telefon nömrəniz icazə sənədində göstərilmişdir). Əks təqdirdə – 206 avro cərimə və cinayət məsuliyyətinə cəlb oluna bilərsiniz. Çox sayda polis postları var, hamını davamlı bir-bir yoxlayırlar, istər avtomobildə ol istər piyada. Evin altında kiçik bir ərzaq dükanı varsa və bahalıdırsa heç kimi maraqlandırmır satın almağa öyrəşdiyin birinə gedə bilməzsən.

Müharibə illərində olduğu kimi hər şey xəstəxana üçün uyğunlaşdırılır. Bu gün (İtaliya) Genoada yeni bir layner gəmi xəstəxana şöbəsi kimi açıldı.

Yalnız həyat və ölüm arasındakı xəstələri qəbul edirlər, ümidsiz olanların isə sadəcə ölməsinə icazə verilir. Əyər iki 30 və 50 yaşında xəstə gətirsələr, 30 yaşlını xilas edəcəklər, çünki kifayət qədər tənəffüs cihazları yoxdur. Xəstələr hər yerdədir – dəhlizlərdə, keçidlərdə. Həkimlər özləri ayaq üstə durduqları müddətcə növbəsiz işləyirlər. Həkimlərin özləri milçək kimi ölürlər.

Şimalda cəsədlər yük maşını ilə aparılır. Yük maşınları hətta kifayət qədər deyil. Əyər hansısa qohumunuz koronavirusu ilə aparılıbsa və sağala bilmədisə, onu bir daha görməyəcəksiniz. Cəsədlə vidalaşmağa icazə vermirlər, cəsədi birbaşa krematoriuma aparırlar. Gündə 700-800 nəfər ölür. Kiçik İtaliya üçün bu çox böyük rəqəmdir.

Yalnız yaşlı insanlar deyil, 30 yaşlı və 40 yaşındakılar da ölür. Bir koronavirusun olduğunu anladığın andan, bir neçə gün sonra, çox tez ölürlər. Hətta güclü immuniteti olan buğa kimi güclü, kişilər belə. Hətta uşaqlar da. Bəli, onlar faiz baxımından daha azdır, ancaq uşağınız ölsə bu faiz göstəricisi sizin üçün əhəmiyyətsiz olacaq.

Heç vaxt ölülər üçün çalınan kilsə zənginin fərqində olmamışam. İndi daim eşidirəm və bu səs qulaqlarımı keyləşdirib bundan sonra büzüşüb mənzilin ən uzaq küncündə gizlənmək istəyirəm.

Beləliklə, hələ də bunun sizə aid olmadığını düşünürsünüzsə, İtaliya haradadır və siz haradasınız, burada hər şeyin necə sakit şəkildə başladığı hekayəsi var:

 30 yanvar. Çində virusa yoluxmuş cütlük Romada aşkarlanıb və təcrid olunub. Çin ilə hava əlaqəsi ləğv edildi. Hamı sakitdir. Həyatda heç nə dəyişmir.

23 fevral. 100-ə yaxın yoluxmuş şəxs aşkarlandı. Ocaqlar, İtaliyanın şimalındakı karantinli kiçik şəhərlərdir. Qalan İtaliya gəzir. Hər şey açıqdır.

4 mart. Nəhayət, məktəbləri və universitetləri bağlayırlar. (Bu sənə bir şey xatırlatmır?) Bütün uşaqlar və tələbələr küçəyə tökülür, hava yaxşıdır.

8 Mart. Təxminən 6000 yoluxmuşdur. Testlər hər kəs tərəfindən edilir, sonra taktikaları dəyişdirirlər, çünki saylar çox qorxuncdur və bundan sonra əksər Avropa ölkələri öz tədbirlərini görməyə başlayır. Bir qədər irəliyə gedərək deyəcəyəm: indi testlər yalnız ölüm riski olanlar üçün edilir.

Bütün Lombardiya karantinə alındı. Muzeylər, kinoteatrlar, teatrlar, idman və ticarət mərkəzləri bağlandı. Barlar və restoranlarda məsafəni qorumaq ehtiyacı ilə 18.00’a qədər.

Romada, gəzməyə davam edirlər. Əlbəttə ki, maskalar olmadan. Şimalda işləyən cənublular, cənubdakı qohumlarının yanına qaçır, tez-tez virusu bilmədən daşıyırlar.

11 mart. Bütün İtaliya qırmızı zonaya çevrilir. Demək olar ki, 13000 nəfər yoluxmuşdur. Ərzaq mağazalarından, apteklərdən və fabriklərdən başqa hər şey bağlıdır. Pandemiya elan olunur. Küçədə yenə də tək idmanla məşğul ola bilərsiniz, alış-verişə gedə bilərsiniz, ancaq icazə üçün bir kağız parçası ilə. Artıq qorxuludur amma o qədər də deyil. Biz hələdə zarafatlaşırıq və zarafatları müxtəlif sosial şəbəkələrdə paylaşırıq

21 mart. Təxminən 60.000 virusa yoluxur, onlardan 6000-i ölüdür. Bütün fabriklər və zavodlar bağlanır. Evdən 1 km radiusda hər 3 gündə bir dəfə mağazaya gedə bilərsiniz. Məhəllədən kənara çıxmaq qəti qadağandır. Evdən kənarda idman etmək qadağandır. Yalnız yemək üçün bir yerə gedə bilərsiniz və birdə ölmək üzrəsinizsə ( təcili olmayan həkim ziyarəti qadağandır) Patrullar pozuntulara görə istisnasız olaraq hər kəsi cərimələyir. Cərimə + cinayət məsuliyyəti.

Bergamo’daki hərbi texnika cəsədlərin qaldırılmasının öhdəsindən gəlmir, çünki yerli qəbiristanlıqlarda artıq yer yoxdur və krematoriumdakı sobalar isə meyidlərin çoxluğundan öhdəsindən gələ bilmirlər.

İtaliyanın Baş naziri, ölkədə İkinci Dünya Müharibəsi səviyyəsinin böhran keçirdiyini açıqladı. Həqiqətən müharibəyə bənzəyir. Hər ailədə kimnsə ya öldüyü, ya da həyat uğrunda vuruşduğunu bildiyin biri var. Artıq zarafat olmaz.

Bütün bunlar 1 ayda baş verdi.

Çaxnaşmaya çağırmıram, amma yalvarıram: vərdişlərinizi indi dəyişdirməlisiniz, çünki bir neçə həftədən sonra gec olacaq. Evdən çıxma, qonaqları, qohumları qəbul etmə, işə, məktəbə, universitetə ​​getmə. (Əlbəttə ki, bu, əsasən vəziyyətdən asılıdır, amma yenə də ..) Maskalar geyin, əllərinizi yuyun. Yaxınlarınızı sevirsinizsə edin. Evdən nadir hallarda və təcili vəziyyətdə çıxın. Sizə evdə kömək edəcək şeylər trenajorlar, kitablar, filmlər var.

Sevgi ilə.

Polina.”

COP29

www.yenicag.az

999
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv