Ötən gün Dənizkənarı Milli Parkda intihar hadisəsi qeydə alınıb.
Yenicag.az xəbər verir ki, 21 yaşlı Məlik Cahangirov “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə atıb.
Əldə etdiyimiz məlumata görə, Lerik rayonundan olan Məlik şer yazmaqla da məşğul imiş. Gənc şair Azərbaycan Pedaqoji Universitetinin IV kursunda oxuyurmuş. Bakıda kirayədə qalan Cahangirov 1 il əvvəl də intihara cəhd edib. Lakin dostları onu bu fikrindən yayındırıb.
Dostlarının sözlərinə görə, Məlik Cahangirov təbiətcə sakit, özünə qapanan bir gənc olub. Son vaxtlar pessimist düşüncələrə qapanıb. Hələlik, gəncin hansı səbəbdən intihar etdiyi sirr olaraq qalır.
Maraqlıdır ki, Məlik Cahangirov 2017-ci ilin 31 dekabrında yazdığı şeirində də ölümlə bağlı mesajlar verib.
O, qorxunun əcələ faydasının olmadığını, ölümün başlanğıc olduğunu bildirib.
Sözügedən şeiri təqdim edirik:
Qorxunun əcələ faydası yoxdur,
bir gün ruh tərk edir bədəni,
azad olur bir bədənlik əsarətdən.
Ölüm son deyil, başlanğıcdır,
Bir az sevgidən ibarətdir,
Bir az da cəsarətdən.
Gedəndə tək getmirsən,
savabların yoldaşdı,
günahların yoldaşdı.
Bundan sonra bayramlar
il dönümü olacaq.
xeyrlə şər qardaşdı.
Həftələr aya dönür,
aylar gəlib il olur.
İllər də yarpaq kimi
tək-tək təqvimdən düşür.
Öyrəşir…Hamı öyrəşir..
Bir gün ruh tərk edir səni,
qalxır,göylərə üz tutur.
Zamanla yadırğayırlar
səsini də , sözünü də.
Sonra..
Bir gün sənin özünü də
unudur..
Hamı unudur…
Bir gün ruh tərk edir səni,
ruh səni,sən də hər kəsi.
Yaxınlıqdakı məsciddən
eşidilir azan səsi…
Emin Səfərov
www.yenicag.az