Burak Yılmazın yeni klubu açıqlandı - FOTO

media-hightechnic-468x90

Türkiyə millisinin üzvü Burak Yılmaz karyerasını ölkəsində davam etdirəcək.

Yenicag.az xəbər verir ki, təcrübəli hücumçu “Trabzonspor”la anlaşıb. Tərəflər arasında 3 illik sözləşmənin imzalanaması nəzərdə tutulub. O, köhnə-yeni klubunda ilinə 3,5 milyon avro maaş alacaq. Bu keçid üçün Trabzon təmsilçisi Çinin “Pekin Qoan” klubuna 3,5 milyon avro transfer haqqı ödəyəcək.

Qeyd edək ki, Burak artıq bu gün səhər saatlarında Türkiyəyə qayıdıb. O, hava limanında azarkeşlər tərəfindən coşqu ilə qarşılanıb.

Qeyd edək ki, “Pekin Qoan”a 2016-cı ildə “Qalatasaray”dan keçən Burak Yılmaz 2010-2012-ci illərdə “Trabzonspor”un formasını geyinib.

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600