Buraxılış imtahanlarının dəqiq tarixlərinin gec açıqlanma SƏBƏBİ

media-hightechnic-468x90

Pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, “COVID-19”la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də Mərkəz tərəfindən keçiriləcək imtahanların qrafiki 2 ildir ki, hissə-hissə təqdim olunur.

Xatırladaq ki, mərkəz tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulduğu, bu imtahanların keçirilmə tarixləri və yerlərinin yanvar ayı ərzində elan olunacağı bildirilib.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600