Burkina-Fasoda etirazlar - Fransız ordusu ölkəni tərk etsin

media-hightechnic-468x90

Burkina-Fasonun paytaxtı Uaqaduquda yüzlərlə insan Fransa əleyhinə etiraz aksiyası keçirib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar Fransadan qoşunlarını çıxarmağı və Uaqaduqudakı səfiri Lük Halladın ölkəni tərk etməsini tələb edib.

Etirazları təşkil edən Afrika Liderləri Kollektivi bildirib ki, onlar Fransa və Fransız əsgərlərinin Burkina-Fasodan çıxmasını və müstəqil olmaq, digər tərəfdaşlarla əməkdaşlıq etmək istəyirlər.

Qeyd edək ki, Burkina-Fasoda 30 sentyabr 2022-ci ildə baş verən hərbi çevrilişdən sonra devrilmiş lider Paul-Henri Damibanın Fransa səfirliyinə sığınması ilə bağlı iddialar əhalini küçəyə axışmağa vadar etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600