!Reklam – Yazi
Məlumat üçün bildiririk ki, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qərbi Azərbaycanın tarixi-mədəni abidələrinin və mətbəxinin təbliği adlı layihə çərçivəsində Türkiyənin Bursa şəhərində tədbir keçirilib.
Tədbirdə layihə rəhbəri, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyətinin üzvü Kamal Abdullayev, “Peşəkar Qənnadçılar” İctimai Birliyinin sədri Eynur Nağdalıyev, sədr müavini Roman İmamquliyev, “Gastro” dergisi yazıçısı, jurnalist Nazan Bozan, 2-ci Qarabağ Müharibəsi qazimiz Kənan Nəsirov, Bursa Azerbaycan İnovasyon ve Dayanışma Derneğinin təmsilçisi Lətifə Yıldırım, Azərbaycanın şəhidi Orxan Əsgərovun qızı Aysu Əsgərova, Bursa Ülkü ocakları başqanı Oğuz Hasan Uysal, Nureddin Şimşek və tələbələr iştirak etdi. Tədbirdə Azərbaycan-Türkiyə qardaşlığı, ortaq mətbəx mədəniyyəti, tarixi mövzularda müzakirələr aparıldı. İştirakçılara iki ölkənin bayraqları, “Xarıbülbül” döş nişanları paylaşıldı.
www.yenicag.az