!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bütün çətinlikləri ram edəcəyik” – TAP-ın prezidenti

!Reklam – Yazi

25-ci yubiley Beynəlxalq “Xəzər neft və qaz” konfransı davam edir.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, konfransda “Son 25 ildə Xəzər dənizinin Azərbaycan sektorunda yatırılan investisiyalar, ixrac üçün imkan və potensial” mövzusuna həsr olunan paneldə Trans Adriatik bor kəmərinin prezidenti Volter Pirye də çıxış edib.

O, çıxışında TAP- görülən son işlərlə bağlı məlumat verib:

“İki ildir ki, Salonikdə tikinti işləri gedir. Ümumi olaraq 72,5 faiz iş görülüb. 2018-ci ildə təxminən TAP 95 yaxına faiz Yunanıstanda tikinti mərhələsi tam miqyasda həyata keçirilir. Burada 2500 insan işləyir. Təxminən 434 km yol təmizlənib. Albaniyada da işlər öz axarı ilə davam edir. Əminik ki, biz bütün çətinlikləri ram edəcəyik. TAP çox mühüm layihədir”.

Sonda Volter Pirye bildirib ki, TAP 2020-ci ildə istismara veriləcək.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəməri Layihəsi Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.

www.yenicag.az

2665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv