"Bütün üstünlüklər Putinin əlindədir": İrlandiyalı politoloqdan Ukrayna üçün PROQNOZ

media-hightechnic-468x90

“Bu, gücün məsələləri həll etdiyi bir dünyada səmərəsiz diplomatiyanın növbəti raundu ola bilər”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı politoloq Patrik Uolş deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşə razılıq verməsi ehtimalı barədə fikirlərini bölüşüb.

Politoloq bildirib ki, Zelenski Yaxın Şərqdə baş verən hadisələr və Trampın NATO-dan tutmuş Avropaya qədər yaratdığı problemlər səbəbindən diqqətdən kənarda qalıb:

“O, Ukrayna üçün vəziyyətin getdikcə ağırlaşdığını anlayır. Vaşinqtonun dəstəyi azalmaqdadır. ABŞ-dan gələn və indi Avropanın Kiyev üçün aldığı silahlar İranla müharibədə istifadə olunub. Müharibə isə hələ bitməyib.

Buna görə də, obyektiv baxış bucağından yanaşsaq, Putinə anlaşma təklif etmək üçün münasib vaxtdır. Təəssüf ki, hazırda üstünlük tamamilə Putinin əlindədir. O, sərt şərtlərlə razılaşma tələb edəcək. Bu, Tramp tərəfindən alqışlansa da, Kiyev üçün qəbulolunmaz dərəcədə ağır olacaq.

Mən məsələlərin uğurlu həllinə çox ümid bəsləmirəm. İran nümunəsində olduğu kimi, tərəflərin tələbləri arasında uçurum var. Bu səbəbdən hər iki tərəfi qane edəcək kompromis tapmaq asan olmayacaq. Yenə də qeyd edirəm, bu, gücün hər şeyi həll etdiyi bir dünyada səmərəsiz diplomatiyanın növbəti raundu ola bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05