!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BVF-nin verdiyi kreditlər ölkələri müflisləşdirə bilər

!Reklam – Yazi

Beynəlxalq Valyuta Fondunun (BVF) iqtisadi cəhətdən problemli ölkələrə verdiyi kreditlər rekord həddə çatıb.

Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, son illərdə pandemiya, Rusiya-Ukrayna müharibəsi və qlobal faiz dərəcələrinin kəskin artması onlarla ölkəni BVF-dən kömək istəməyə məcbur edib.

Avqustun sonunda fondun 44 fərqli proqramda verdiyi kreditlərin həcmi 140 milyard dollara çatıb. Növbəti aylarda bu rəqəmin daha da artacağı gözlənilir. BVF-nin ümumi öhdəlikləri, o cümlədən razılaşdırılmış, lakin hələ ödənilməmiş kreditlər artıq 268 milyard dollardan çoxdur.

Ekspertlərə görə, əsas mərkəzi bankların faiz artımı bütün dünyada borclanma xərclərini artıracaq və ciddi tənəzzülə səbəb olacaq. BVF tez-tez kredit limitindən yuxarı ödənişlər edir və bu, gələcəkdə digər ölkələri çətin vəziyyətə sala bilər. BVF hazırda ümumi öhdəliklərini daha da artıracaq bir neçə borc danışıqları aparır.

Boston Universitetinin Qlobal İnkişaf Siyasəti Mərkəzindən Kevin Qallager xəbərdarlıq edib ki, dünyanın ən yoxsul 55 ölkəsi bu il və 2023-cü ildə təxminən 61 milyard dollar, 2024-cü ildə isə təxminən 70 milyard dollarlıq borcun ödənilməsi ilə üzləşə bilər.

Gülşən

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv