“Bir neçə müğənni mənim mahnılarımı anonim kimi oxuyub, heç bir yerdə adım qeyd olunmayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış bəstəkar Cabbar Musayev deyib.
O, Türkiyədə mahnılarını anonim oxuyan müğənnilərdən danışıb.
“Türkiyədə bir neçə müğənni mənim mahnılarımı anonim kimi oxuyub, heç bir yerdə adım qeyd olunmayıb. Bu yaxınlarda qardaş ölkədə idim, bir vəkil mənə dedi ki, mahnılarını anonim oxuyan müğənniləri məhkəməyə verək, pulunu alaq. Dedim, lazım deyİl, mən bura müğənniləri məhkəməyə vermək üçün gəlməmişəm. Artıq Türkiyədə MESAM-ın (Türkiyə Musiqi Əsərləri Sahibləri Peşəkar Dərnəyi) üzvüyəm, kartlarını da mənə təqdim ediblər. Yəqin ki, MESAM indən belə mahnılarımı anonim oxuyan müğənniləri yerində oturdacaq”.
Bəstəkar türk sənətçiləri ilə yeni əməkdaşlığından da danışıb:
“Türk müğənnilərindən də yeni təkliflər almışam, mahnılarımı oxuyacaqlar. Türkiyəyə gedib, qonorarlarımı da aldım”.
Bəstəkar bu fikirləri “Özəl” verilişində açıqlayıb.
Nehru
www.yenicag.az