Cahandar Bayoğlundan Atatürklə bağlı sərt reaksiya
İki gündən bəri Atatürkün Leninə yazdığı sərəncam müzakirə edilməkdədir. Sosial mediada ciddi müzakirə olunan məsələyə Azərbaycan Türkiyə Evinin (ATEV) Qurucu Üzvü Cahandar Bayoğlu sərt münasibət göstərib.
“Atatürkə qarşı olanlarla Babəkə qarşı olanlar eyni şəbəkədir” deyən Bayoğlu Mustafa Kamal Paşa ilə bağlı bunları söyləyib:
“Bu tip yazılar ürəkaçan olmasa da, gerçəklərin bir daha deyilməsinə, araşdırılmasına, yazılmasına səbəb olur. Atatürkü müdafiə etmək Türkiyəni deyil, türklüyü müdafiə etməkdir. Atatürk bu gün daha çox Türkiyə Cümhuriyyətində vurulur, həm də təpədən vurulur. Ataturkü dinci-ərəbçi məfkurədə gizlənən Türk olmayanlar, Türkün kimliyindən qorxan böyük güclər, Türkün tarixi düşmənləri tərəfindən vurulması bir gerçəkdir. Bu tip insanlara, Türkün deyəcək sözü az deyil.
Bilinməsi lazımdır ki, Demokratik Azərbaycan Dövləti özünü müdafiə etmək gücündə olsaydı, Atatürk Leninlə dostluq etməzdi. Atatürk gələcək sosialist Azərbaycan Respublikasının yaşamasını təmin etmək, torpaq bütövlüyünü və Naxçıvanı qorumaq üçün bu addımı atdı. Atatürk Türkiyə sərhədlərini aşan türklüyün zirvəsidir. O zirvəyə daş atmağın özü intihardır”.