Çatbotun “tərbiyəsizliyi” onu vəzifəsindən etdi

media-hightechnic-468x90

Sosial media platforması “X”in (əvvəlki adıyla “Twitter”) baş icraçı direktoru Linda Yakkarino vəzifəsindən istefa verdiyini açıqlayıb. 

Yenicag.az xəbər verir ki, istefanın “X”in süni zəka çatbotu “Grok”un yeni versiyasında baş verən təhqiramiz ifadə qalmaqalından sonra gəlməsi diqqət çəkib.

Yakkarino bildirib ki, o, vəzifəsi müddətində söz azadlığının qorunması, şirkətin yenidən qurulması və “X”in “hər şey üçün tətbiq” halına gəlməsi üçün çalışıb. Uşaqların qorunması, istifadəçi təhlükəsizliyi və reklam verənlərin etimadının bərpası istiqamətində əhəmiyyətli addımlar atdıqlarını qeyd edib.

Xatırladaq ki, “xAI” şirkətinə məxsus süni zəka əsaslı “Grok” çatbotu “X” sosial şəbəkəsində söyüş söyməyə başlamışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa