Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Cavad Zərif Bakıya gəlir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Rusiya və Qafqaz ölkələrinə səfər edəcək.

Yenicag.az-ın məlumatına görə, bunu iranlı nazirin özü jurnalistlərə açıqlamasında deyib.

Zərifin sözlərinə görə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistana səfərlərin tarixi artıq müəyyənləşib. Nazir bununla əlaqədar koronavirus testinin cavabını gözləyir.

İranlı nazir deyib ki, səfərdə məqsəd Qarabağda sülh və stabilliyə kömək edə biləcək ölkələrlə danışıqlar aparmaqdır.

Zərif əlavə edib ki, ötən gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub və Türkiyəyə səfər də planlaşdırılır.

Loading...

www.yenicag.az

198