Çayda batan gəncin meyiti sudan çıxarılıb

media-hightechnic-468x90

Saatlıda çayda batan gəncin meyiti sudan çıxarılıb.

Rayon sakini, 1996-cı il təvəllüdlü Allahverdiyev Gülməmməd Şahin oğlu bu gün Araz çayının Saatlıdan keçən hissəsində batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilir ki, Böhran Vəziyyətlərində idarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanıb.(APA)

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600