Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az- a verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 15-i saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. Yağan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir.
Böyük Qafqaz ərazisindən axan Əyriçayda 69 sm, Katexçayda 24 sm, Qudiyalçayda 4 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 16 sm, Zəyəmçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 5 sm, Oxçuçay və Bərgüşadçayda 2 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 132 m3/san olmaqla normanın 78%-ni təşkil edir.