Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Cazibədar aparıcı: “Elə bilirlər ki, arxamda pullu kişi dayanıb”

Tanınmış aparıcı Lətafət Ələkbərova şəxsi həyatından danışıb.

Yenicag.az-a açıqlama verən cazibədar aparıcı sevgidə bəxti gətirmədiyini deyib:

“Mən həyatda hər şeyə zəhmətim və yaxşı dostlarımın hesabına nail olmuşam. Amma kənardan baxanlar elə bilirlər ki, arxamda pullu kişi dayanıb. Belə deyil. Heç bir kişi mənə ev, maşın bağışlamayıb. Hətta şəxsi avtomobilim belə yoxdur. Kreditlə almışdım, pulunu ödəyə bilmədiyim üçün satdım. Sevgidə bəxtim heç vaxt gətirməyib. Məni itirəndən sonra axtarıb tapıblar, dəyər veriblər, arxamca sürünüblər. Amma artıq ürəyim sındığı üçün münasibəti bərpa etməmişəm. Nə istəmişəmsə, Allahdan istəmişəm. Hətta demişəm ki, əgər xeyirli olacaqsa, o sevgi, o var-dövləti Allah mənə nəsib eləsin. Xeyirli olmayan sevgi və var-dövləti arzulamamışam”.

Cəvahir
Yenicag.az

www.yenicag.az

984
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100