O, ATV-nin “Özünə bax” stil layihəsinin qalibi kimi məşhurlaşıb. Eyni zamanda, “Miss Bikini of Baku” nominasiyasının qalibidir. Gənc azərbaycanlı model Türkiyənin TV 8 telekanalının “Bu tarz benim” layihəsində də qalib adını qazanıb.
Merilin Rzayevanın Yeniçağ.az-a müsahibəsini təqdim edirik.
– Niyə Merilin?
– Nənəm ukraynalıdır, ona görə də adımı Merilin qoyublar.
– Bildiyimiz qədər Türkiyədə də məşhur model yarışmasının qalibi olmusan, bəs nə əcəb qardaş ölkədə karyeranı davam etdirmədin?
– Türkiyədə “Bu tərz mənim” stil yarışmasında qalib seçildim, amma müəyyən səbəblər üzündən orda qalmadım. İndi də heç Azərbaycanda model kimi fəaliyyətimi davam etdirmirəm. Daha çox gəlinliklərlə bağlı layihələrdə iştirak edirəm. Rejissorlar məni aktrisa kimi sınamaq qərarına gəliblər. Bu yaxınlarda Milli qəhrəman “Mübariz İbrahimov haqqında çəkiləcək filmə dəvət almışam. Açıq-saçıq filmlərə çəkilməkdən imtina etmişəm.
– Niyə?
– Daha keyfiyyətli filmlərdə özümü sınamaq istəyirəm. Tarixi filmlərə çəkilmək istəyirəm. Kliplərə də dəvət alıram, amma çəkilmirəm. Göründüyü kimi deyiləm, xasiyyətcə utancağam.
– Amma geyimlərində bu, hiss olunmur…
– Hə, dekolte, qısa ətəklər geyinirəm, amma hərəkətlərimdə utancağam.
– Cazibədar xanımın ətrafında həmişə əks-cinsin nümayəndələri çox olur… Sevgi təklifləri alırsan?
– Hər gün belə təkliflər alıram, hətta hərdən bezirəm də. Sevgi təklifləri yox, xoşagəlməz təkliflər olur.
– Deyirlər, birgünlük məşuqəm ol. Əlbəttə ki, buna görə pul təklif edirlər.
– Kimlər?
– Vəzifəli şəxslər, iş adamları. Mən təklifləri qəbul etmədiyim üçün həmin adamlar tərəfindən hədələnirəm. Bu barədə istəmirəm danışım, çünki yenidən başlayacaqlar. Qızım var, uşağıma görə çox qorxuram.
– Hədələyib nə deyirlər ki?
– Övladımla şantaj edirlər. Deyirlər, yoxsa səni də, qızını da öldürərik.
– 10. Gəl, bu barədə danışmayaq, dəlinin yadına daş düşəcək. Təhdidlərdən bezmişəm.
– Həyat yoldaşından ayrılmısan?
– Rəsmən ailəliyəm, amma bu evlilik çoxdan bitib.
– İkinci dəfə ailə qurmağı düşünmürsən?
– Yaxşı bir insan tərəfindən təklif gəlsə, ailə quracam. Amma birgünlük sevgili olmaq mənə görə deyil. Evli kişilərlə münasibət qurmuram.
– Planlarını açıqlayardın.
– “Merilin” əyləncə mərkəzi açmaq fikrindəyəm.
Cəvahir
Yeniçağ.az
Foto:Cəmalə Əlizadə