Çe Qevaranın nəvəsi öldü

media-hightechnic-468x90

2920976389_ba60460b76_bsdfgMəşhur latın amerikalı inqilabçı, Kubanın dövlət xadimi Çe Qevaranın nəvəsi, yazıçı Kanek Sançes Qevara Meksikada dünyasını dəyişib.

Yenicag.az aznews-a istinadən xəbər verir ki, bu haqda məlumatı “The Latin American Herald Tribune” nəşri yayıb.

Məlumata görə, yazıçı ürəyində aparılan ağır əməliyyatdan sonra vəfat edib. Onun anası İldita Çe Qevaranın qızı olub.

Yazıçı Amerikada Kuba inqilabını tənqid etdiyinə görə çox populyarlıq qazanıb. Onun fikrincə, Kuba inqilabı nə demokratik, nə də kommunist düşüncəli olub.

Qeyd edək ki, Çe Qevara Amerikada “Çe” ləqəbilə tanınıb. O, 1959-cu ildə Kubada həyata keçirilən inqilabın iştirakçısı olub.

Qevara Afrikada keçirilən əməliyyatlarda yaxından iştirak edib, Boliviyada partizan müharibəsini qızışdırıb. 1967-ci ildə yaralanan Çe Qevara elə həmin il Boliviyada oktyabr ayının 9-da güllələnib. O, ölümündən sonra dünyada azadlıq carçısı kimi tarixə düşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600