“Cəhdlərimiz hakimiyyətin ssenarisini pozur”

media-hightechnic-468x90

62322“Müsavatın qurultaydan parçalanmış yox, əksinə, güclənərək çıxması, bizim təşkilat və müxalifət daxilində sabitlik yaratmaq, buradakı mübarizə xəttini ləğv etmək cəhdlərimiz hakimiyyətin ssenarisini pozur”

Bu sözləri Müsavat Partiyasının rəhbəri Arif Hacılı “facebook” rəsmi səhifəsində yazıb.

“Hakimiyətin sərəncamında olan məhdudiyyətsiz resurslar hesabına bu gün Azərbaycanın demokratik inkişafı uğrunda mübarizə aparan qüvvələrlə irtica arasında mübarizənin bir xətti də müxalifətin içindən keçir. Biz daxili mübarizələrə, bir-birimizlə vuruşmağa məhkum edilmişik.

Son zamanlar bu prosesə hakimiyyətin nəzarəti altında olan televiziya kanalları da daxil olmaqla, əlavə resursların cəlb edilməsinin səbələri çox sadədir.

Müsavatın qurultaydan parçalanmış yox, əksinə, güclənərək çıxması, bizim təşkilat və müxalifət daxilində sabitlik yaratmaq, buradakı mübarizə xəttini ləğv etmək cəhdlərimiz hakimiyyətin ssenarisini pozur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600