Cəlilabadda ağır yol qəzası baş verdi – Ölən və yaralananlar var – Yenilənib
Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində üç avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.
Yeniçağ.az Report-a istinadla xəbər verir ki, qəza nəticəsində Masallı rayon Ərkivan qəsəbə sakinləri – 37 yaşlı Pərviz Abbas oğlu Xəlilov və 48 yaşlı Səbiyyə Ağalı oğlu Xəlilov ölüb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Cəlilabad sakinləri – 46 yaşlı Zərxanım Xanış qızı Əhmədova, 51 yaşlı Azay Süleyman oğlu Əhmədov, Masallı sakinləri – 55 yaşlı Famil Kamil oğlu Xəlilov, 16 yaşlı Əsəd Kamil oğlu Xəlilov isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
***
Cəlilabadda 2 nəfərin ölümü, təqribən 4 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Yeniçağ.az xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna Cəlilabad Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı “VAZ-2106”, “Chevrolet” və markası hələ ki, məlum olmayan minik avtomobili toqquşub.
Hələlik ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Yeniçağ.az