Cəlilabadda partlayış baş verdi

media-hightechnic-468x90

Yashayish yerinde partlayish 220210Cəlilabad rayonunda iki nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə nəticələnən güclü partlayış baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə yanvarın 26-da Cəlilabad şəhərinin Fərid Əhmədov küçəsində 50 yaşlı Mədinə Əliyevanın yaşadığı fərdi yaşayış evində qeydə alınıb. Belə ki, otaqda elektrik lampasının yandırılması partlayışa səbəb olub. Nəticədə evin döşəməsi və tavan hissəsi yararsız hala düşüb.

Partlayış zamanı evdə yanğın hadisəsi baş verməsə də, Mədinə Əliyeva və onun həyat yoldaşı, 48 yaşlı Ərəstun Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Burada onlara ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətləri ağırlaşdığından Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.

İlkin versiya kimi partlayışın yerin altından keçən qaz xəttindəki sızmadan baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırmalar aparılır

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600