!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cəmil Əmirov: "Mənim başqa yolum yox idi"

!Reklam – Yazi

Tanınmış azərbaycanlı cazmen, Fikrət Əmirovun oğlu Cəmil Əmirovun Yeniçağ.ru-ya müsahibəsindən maraqlı məqamları təqdim edirik:

Fikrət Əmirovun dünyaya gəldiyi musiqiçi ailəsindən, babası Məşədi Cəmil Əmiraslan oğlundan bəhs edən C. Əmirov onun Azərbaycan musiqi tarixindəki əvəzsiz rolunu qeyd edib:

cemil1“Musiqi bizim ailəmizdə XIX əsrin sonunda, Qarabağ Xanlığının paytaxtı Şuşada “məskunlaşdı”. İstedadlı xanəndə, bəstəkar, aktyor, dirijor, Azərbaycan milli musiqi alətlərində – tar, ud, kanonda virtual ifaçı olan babam Məşədi Cəmil Kərbəlayi Mir Aslan oğlu Əmirovun (1875-1928) dünyaya gəldiyi Şuşa… O, Malıbəyli Həmid, Musa Şuşinski, Əsgər, Məşədi Məmməd Fərzəliyev, Seyid Şuşinski, Zülfi Adıgözəlov və Bülbül kimi xanəndələrlə, milli vokalın karifeyləri ilə birgə çıxış edib. Fikrət Əmirov Üzeyir Hacıbəyovun dəsrlərini belə xatırlayırdı:

cemil2“Onun dərslərində hökm sürən atmosferi izah etmək mümkün olsaydı, necə də möhtəşəm olardı. Bu dərslərdə biz heç bir zaman gərginlik hiss etməzdik. Dərsləri sistemli şəkildə hazırlayırdıq. Bunun səbəbi isə pis qiymət almaqdan və ya tənqid olunmaqdan qorxu deyildi. Üzeyir bəy heç vaxt heç kəsi danlamırdı. Əgər o kimdənsə narazı olurdusa, uzun müddət özünü heç nə olmamış kimi apara bilirdi. Lakin qəfildən, iş arasında həmin tələbənin üzünə baxıb deyərdi:

“Qəribə oğlansan”. Təəssüf ki, bu dərslər lentə yazılmayıb”.

cemil3C. Əmirov deyir ki, atası təhsilinə tarda çalmağı öyrənməklə başlayıb, lakin sonradan bütün bəstəkarlar üçün vacib olan fortepianoda tam sərbəst ifa etməyi öyrənib. Fikrət Əmirovun bütün yaradıcılığında milli melodiyalara və muğama yol verilməsi barədə suala cavab verən Cəmil Əmirov bunun səbəbinin sadə olduğunu açıqlayıb:

“Görünür, o, başqa cür bacarmırdı. Onun möhtəşəmliyi də məhz bundadır”.

cemil4Cəmil Əfəndiyev qeyd edir ki, atası xasiyyət etibarılə mehriban, səmimi, əməksevər və prinsipial insan olub. İnsanlarda səmimiliyə, mehribanlığa, məqsədyönlüyə, istedada yüksək qiymət verib. Onun üçün paxıllıq, qeyri-səmimilik, karyera düşkünlüyü qəbuledilməz olub və bu insanlarla Fikrət Əmirovun söhbəti həmişə qısa çəkib. Fikrət Əmirovun yaradıcılıq prosesini xatırlayan Cəmil Əmirov atasının hər gün sistemli şəkildə çalışdığını deyir.

cemil5“Atamın iş prosesinə baxmağı və onun kabinetində olmağı sevirdim. Lakin bizim şifahi razılığımız vardı: mən səssiz və onun üçün görünməz olmalı idim. Bir guşə seçib, möcüzələr dünyasına qərq olurdum. Bu xatirələri taleyin misilsiz hədiyyəsi kimi yaddaşımda saxlayıram”.

cemil6Cəmil atası ilə aralarında çox yaxın münasibət olduğunu, həmişə düzgün yol göstərdiyini, bəstəkarlığa başlayanda isə əvəzsiz müəlliminə çevrildiyini xatırlayır:

“Musiqiyə maraq və sevgi həyatımdakı bütün hadisələri üstələdi. Heç bir zaman peşəmin düzgünlüyünə şübhə etməmişəm. Yaradıcılıq seçimim atamı da şad edirdi və o, mənə istiqamət verirdi. Genetik olaraq mənim başqa bir variantım yox idi. Musiqi başlanğıcını Şuşadan götürən köklərimlə qürur duyuram”.

Rüstəm Qasımov

Yeniçağ.ru

COP29

www.yenicag.az

4944
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv