!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyətdə artan AQRESSİYA: "Maddi vəziyyətin aşağı olması, işsizliyin artması..." - Psixoloqların RƏYİ

!Reklam – Yazi

Son dövrlər cəmiyyətimizdə aqressiyanın kifayət qədər yüksək olması müşahidə edilir. Belə ki, gəncindən tutmuş, yaşlısınadək – hər kəs çox aqressivdir. İnsanların daxillindəki əsəb, gərginlik isə onların davranışlarına da sirayət edib. Nəticədə ictimai yerlərdə xoşagəlməz hadisələrə daha sıx rast gəlinir.Mövzu ilə bağlı psixoloq İlahə Dadaşova Yenicag.az-a açıqlamasında bildirib ki, aqressiv cəmiyyətlərdə əsas problem sosial və iqtisadi sahələrlə bağlıdır:

“Cəmiyyətdəki aqressiyaya pandemiya dövrünün yeni bitməsi, bir çox insanların maddi vəziyyətinin aşağı olması, işsizliyin artması və əvvəlki illərlə müqayisədə hazırda problemlərin daha da çoxalması kimi amillər daxildir. Nəticədə insanların əksəriyyəti olduqca aqressivdir. Digər problem isə maarrifləndirmə işlərinin aparılmamasıdır. Məsələn, sərnişinlərlə işləyən sürücülərin maarrifləndirilməməsi sürücü-sərnişin davalarının artmasına yol açır. Ümumiyyətlə, insanlarla kontaktda olan peşə sahibləri çətin sahələrdə çalışdıqlarını qəbul etməlidirlər. Bu şəxslər davamlı terapiyalarda olmalı və treninqlərdən keçməlidirlər. Təəssüf ki, ölkəmizdə maarrifləndirmə işləri çox aşağıdır. Bu problemin qarşısı alınsa, cəmiyyətdəki aqressiya da azalacaq”.Psixoloq-təlimçi Vüsalə Əmiraslanova isə, öz növbəsində, qeyd edib ki, ictimai nəqliyyatda insanların aqressiyasından daha çox mətnaltı danışıqları qıcıqverici ola bilir və bu, tərəflərin mübahisəsinə səbəb olur:

“Əsas problemlərdən biri odur ki, sürücülər psixoloji təlimdən keçmirlər. Bu təlimdən keçən sürücü emosional olaraq özünü idarə etməklə yanaşı, sərnişinlərə qarşı aqressiv olmur. Çünki müştəri və ya sərnişinlə işləyən hər kəs qarşı tərəflə anlayışla davranmağı bacarmalıdır. Eyni zamanda, qarşı tərəf aqressiv davranışlara yol verməməlidir. Aqressiyanın cəmiyyətdə müşahidə olunmasına bir neçə səbəb göstərmək olar. Bunlardan biri ailədaxili gərginlikdir. Ailə daxilində olan ünsiyyət azlığı, bir-birilərini dinləyə bilməmək aqressiyanın yaranmasına səbəb olur. İnsanın daxilində müəyyən tələbatlar ödənmədiyi üçün cəmiyyət arasında hər xırda məsələdən qıcıqlana bilər və bu, aqressiv davranışa səbəb olur. Aqressiyanın digər səbəbi insanların bir-birinə inamsız olmasından irəli gəlir. İnamsızlıq, etibarsızlıq aşırı narahatlıq və aqressiya doğurur. Yaranan problemi aqressiya ilə tənzimləmək istəyi bizim cəmiyyətdə çox böyük problemdir. Xüsusilə də xidməti işlərlə məşğul olan bəzi sahələrdə psixoloji təlimlərin keçirilməsi vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

534
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv