Çempionlar Liqası: "Nyukasl"ın "Qarabağ" azarkeşləri üçün ayırdığı biletlərin sayı müəyyənləşib
İngiltərənin “Nyukasl” klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün “Qarabağ”a ayırdığı biletlərin sayı bəlli olub.
Yenicag.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq “köhlən atlar”dan bildirilib.
Meydan sahibləri Azərbaycan çempionu üçün 2466 bilet ayırıb. Azərbaycanlı azarkeşlər üçün səfər biletləri bu gün, saat 15:00-da iTicket.az saytında satışa çıxarılacaq.
Qeyd edək ki, “Qarabağ” və “Nyukasl” arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.












