Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.
“Qarabağ” – “Rakuv” (Polşa) cütünün III təsnifat mərhələsindəki potensial rəqibləri olan Belarusun BATE və Kiprin “Aris” klubları Macarıstanda üz-üzə gələcəklər. Limasoldakı ilk oyunda meydan sahibləri rəqiblərini darmadağın ediblər – 6:2.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi (cavab oyunları)
1 avqust
21:30. “Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna)
İlk oyun – 3:1
22:00. “Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan)
İlk oyun – 1:1
22:00. BATE (Belarus) – “Aris” (Kipr)
İlk oyun – 2:6
22:00. “Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina)
İlk oyun – 1:0
Qeyd edək ki, bu mərhələnin digər səkkiz cavab qarşılaşması avqustun 2-də keçiriləcək.
www.yenicag.az