!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çempionlar Liqasında günün oyunları - CƏDVƏL

!Reklam – Yazi

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Yenicag.az-ın məlumatına görə, son oyun günündə 5 qarşılaşma baş tutacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Rakuv”un qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Bu cütün qalibinin III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə “Aris” Kiprdə üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

26 iyul

21:00. “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)

21:00. “Aris” (Kipr) – BATE (Belarus)

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

22:45. “Luduqorets” (Bolqarıstan) – “Olimpiya” (Sloveniya)

22:45. “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç)

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv