Cənubi Koreyanın milli müdafiə naziri Kim Yon Hyön ötən gecə hərbi vəziyyətin elan edilməsi və paytaxt Seula xüsusi texnika yeridilməsi qərarına görə hökumətdən və xalqdan üzr istəyərək istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə Koreya mediası məlumat yayıb.
“Mən ölkəmizin milli müdafiə naziri kimi paytaxtda yaşanan hadisələrə və hərbi vəziyyət elan edərək, vətəndaşlarda narahatlığın yaranmasına səbəb olduğuma görə hər kəsdən üzr istəyirəm. Hərbçilər həmin gün məhz mənim göstərişlərim əsasında addım atıblar. Bu səbəbdən də artıq istefa ərizəmi müvafiq qaydada parlamentə təqdim etmişəm”, – nazir bildirib.
www.yenicag.az