Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Çexiyanın Baş naziri hökumətin istefasını təxirə salıb

Çexiyanın Baş naziri Boquslav Sobotka öz hökumətinin istefası haqqında ərizəni Prezident Miloş Zemana mayın ikinci yarısında, dövlət başçısı Çin səfərindən qayıtdıqdan sonra təqdim edəcək.

Yeniçağ.Az AzərTac-a istinadən xəbər verir ki, bu barədə məlumatı České noviny portalı Nazirlər Kabinetinin mətbuat katibinə istinadla yayıb.

Bir qədər əvvəl Sobotka hökumətin istefası barədə qərarını açıqlamışdı. Dövlət başçısının mətbuat katibi Yirji Ovcacek isə dünən elan etmişdi ki, bununla bağlı ərizə Prezidentə cümə axşamı günü təqdim olunacaq.

Baş nazir qərarını birinci müavini, Maliyyə Nazirliyinin başçısı Andrey Babişlə birlikdə işləmək istəməməsi ilə əsaslandırıb. Sobotka naziri dəfələrlə öz şəxsi kapitalının tarixçəsinin bir çox aydın olmayan məqamlarını izah etməyə çağırsa da, o bunu etməyib. Forbes jurnalının məlumatına görə, maliyyə nazirinin kapitalı mart ayında 3,4 milyard dollar təşkil edib.

Yeniçağ.Az

www.yenicag.az

402