Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Yenicag.az xəbər verir ki, Ceyhun Bayramov Abbas Əraqçi ilə diplomatik proseslərlə bağlı son vəziyyət, regional hadisələr və ikitərəfli münasibətləri müzakirə edib.













