Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ceyhun Bayramovun XİN-ə gətirilməsinə REAKSİYA: “Yeni dönəm başlayır” – Keçmiş dövlət müşaviri

Reklam: High Technic

“Diplomatiya cəbhəsində aparılan müharibə öz əhəmiyyətinə görə real cəbhədəki döyüşlərdən heç də az əhəmiyyət daşımır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramovun xarici işlər naziri postuna təyin edilməsinə münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Elmar Məmmədyarov uzunmüddətli fəaliyyəti ərzində xarici siyasət idarəsinin işini düzgün təşkil edə bilməyib:

“Xarici İşlər Nazirliyi çox strateji bir sahədir. Ərazilərinin iyirmi faizi işğal altında, özü isə müharibə şəraitində olan Azərbaycan üçün diplomatik korpusun rəhbərinin tutumu, peşəkarlığı xüsusi əhəmiyyətə malikdir.

Elmar Məmmədyarov tamamilə yararsız, qeyri-peşəkar ve təsadüfi bir adam idi. O, xarici siyasət dairələrini düzgün yönləndirə bilmədi və hətta deyərdim ki, bu nazirliyin işini iflic halına saldı. Bunun nəticəsində də diplomatik cəbhədə istənilən nəticəni əldə edə bilmədik.

Ona görə də bu sahədə işin əsas ağırlığını yenə də prezident İlham Əliyev öz üzərinə götürməli olmuşdu. İndi Xarici İşlər Nazirliyində yeni bir dönəm başlayır. Bu, elə bir dönəmdir ki, ermənilərin öz təcavüzkar niyyətlərini ən açıq formada ortaya gətiriblər. Ermənistan Azərbaycan ərazilərinin iyirmi faizini işğal etməsinə baxmayaraq, indi də strateji neft-qaz kəmərlərinin keçdiyi ərazidə hücum əməliyyatları keçirməyə uğursuz cəhd göstərir.

Ermənilərin arxasında duran məlum qüvvələr işğalçı ölkənin bu dəfə də öz məqsədinə çatmasını səbirsizliklə gözləyirdilər. Amma Azərbaycan ordusunun ermənilətrin burnunu növbəti dəfə ovmasından sonra həmin qüvvələr də öz qınlarına çəkildilər”.

Qabil Hüseynli hesab edir ki, xarici siyasət kimi strateji bir sahənin Ceyhun Bayramova həvalə edilməsi ona olan yüksək etimad və güvənin göstəricisidir:

“Xarici İşlər Nazirliyi özlüyündə çox mühüm cəbhədir. Müharibənin bir hissəsi də məhz o cinahda gedir. Diplomatiya cəbhəsində aparılan müharibə öz əhəmiyyətinə görə real cəbhədəki döyüşlərdən heç də az əhəmiyyət daşımır.

Əgər həmin sahəyə peşəkar, işinin mahiyyətini dərindən bilən, Vətənini həddindən artıq sevən, yüksək intellektə sahib bir fiqur rəhbərlik edərsə, onun fəaliyyətinin müsbət nəticələri mütləq olacaq.

Prezident öz sərəncamı ilə Ceyhun Bayramova etimad göstərib, onu nazir vəzifəsinə təyin edib. Dövlət başçısının peşəkar diplomat olduğunu nəzərə alsaq, onun bu seçiminin özünü mütləq doğruldacağına inanırıq. Hər halda, prezident xarici işlər naziri vəzifəsinə yaxşı tanıdığı, hazırlıq səviyyəsinə bələd olduğu və peşəkarlığına güvəndiyi şəxsi təyin edib. Bu təyinatın xeyirli-uğurlu olmasını arzu edirəm”.

Aqil Bəkir

www.yenicag.az

439
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100