“YAP-ın açıqlanan siyahısında gəncləşdirmə siyasətinin əsaslarını görmək bir qədər çətindir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlərini ilkin siyahısını dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseyinli deyib.
Qabil Hüseyinli bildirib ki, ölkədə qanunverici hakimiyyətin əhəmiyyətinin artacağına böyük ümidlər var:
“Düşünürəm ki, bu dəyişiklik, ölkə przidentinin ciddi struktur və kadr islahatlarına uyğun gedəcək. Parlamentdə sözün həqiqi mənasında peşəkar və intelektual fiqurlar təmsil olunmalıdır.
Prezident də ciddi surətdə tələb edir ki, parlament ölkədə ictimai nəzarətin həyata keçirilməsində mühüm rol oynamalıdır.
YAP namizədlər siyahısını tam açıqlamayıb, ancaq orada əsaslı dəyişikliklər olmasa, deməli, yeni parlament əvvəlkindən əsaslı surətdə fərqlənməyəcək”.
Səxavət Məmməd
www.yenicag.az