!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çılpaq süpürgəçi həvəskarları üçün şirkət... – İNANMAYACAQSINIZ - FOTOLAR

!Reklam – Yazi

Britaniya sakinləri ev, həyət yaxud da bağlarını təmizləmək üçün artıq çılpaq süpürgəçilər dəvət edə biləcəklər.

Yenicag.az bildirir ki, buna “Naturist Cleaners” adlı Britaniya şirkəti imkan yaradır.

“Sifarişçilər adətən yaşlı və dolu bədənli qadınları üstün tuturlar”, – deyə şirkətin təsisçisi Laura Smit “Daily Mirror”a açıqlamasında bildirib.

Smit onun rəhbərliyi altında hər zövqə uyğun 300-dən çox qadın çalışdığını vurğulayıb.

Şirkətdə eyni zamanda kişi təmizlik işçiləri də sifariş edilə bilər: “Bizim xidmətlərimizdən müxtəlif insanlar istifadə edirlər. Sifarişçilər yalnız kişilər deyil, qadınlar da təmizlik işçisi sifariş edirlər. Bu halda onlar əsasən kişi cinsindən olan süpürgəçilərə üstünlük verirlər”.

Qeyd edək ki, çılpaq süpürgəçinin sifariş qiyməti saatı 45 funt sterlinqdir.

Zaur H.

www.yenicag.az

6830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv