Bakıda avtobus süpürgəçi qadını vurub öldürdü

media-hightechnic-468x90

Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. “Daevoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bakıda əvvəllər də süpürgəçilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən vurularaq öldürülməsi hadisələri baş verib./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600