!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çimərliklərin zibillənməsinə görə yaranan MƏSULİYYƏT: Hüquqşünasdan XƏBƏRDARLIQ

!Reklam – Yazi

Yay mövsümündə insanların ən çox üz tutduqları məkanlardan biri də istirahət mərkəzləri, o cümlədən çimərliklərdir. Lakin istirahətin sonunda bəzən çimərlikdə heç də xoş olmayan mənzərə ilə qarşılaşılır. Bəzi vətəndaşlar qoyulan qaydalara əməl etməyərək, çimərlikləri zibilləməkdən çəkinmirlər. Bu da çimərliklərin gözəlliyinə bir növ xələl gətirmiş olur. Bəs qanun bu məsələni necə tənzimləyir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, vətəndaşlar bilməlidir ki, hüququn mənbələrindən biri həm də adətlər üzərində formalaşır.

“Eyni zamanda, hüquq və qəbul olunan qanunlar ictimai, o cümlədən dövlət vətəndaş münasibətlərinin tənzimlənməsi üçün tətbiq olunur. Qeyd edim ki, isti yay günlərində, o cümlədən normal vaxtlarda vətəndaşların istirahət etdikləri zaman onlar tərəfindən müxtəlif məişət tullantılarının, zibillərin ekologiyaya, təbiətə atılması və ya ictimai istirahət yerlərinə atılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininə görə cərimə intizam tənbehi ilə cəzalandırılır”, – deyə o bildirib.

R.Süleymanov qeyd edib ki, sözügedən məcəllənin 212.4-cü maddəsinə görə tütün məmulatlarının ətraf mühitə atılması 50 manat miqdarında inzibati qaydada cərimə olunması ilə nəticələnir:

“Bundan başqa, vətəndaşlar tərəfindən istirahət mərkəzlərində, eyni zamanda, təbiətdə və yaxud çimərliklərdə istirahət etdikləri zaman məişət tullantılarını xüsusi qablardan kənar yerlərə atmaları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə görə, 50 manat məbləğində inzibati qaydada cərimə olunur. Bir hüquqşünas olaraq vətəndaşlardan istirahət mərkəzlərində bu qaydalara riayət etmələrini, o cümlədən təbiəti, ekologiyanı qorumalarını xahiş edirəm”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

406
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv