Çin İrana raket yanacağı göndərir? – Pekindən Tehrana strateji kimyəvi dəstək

media-hightechnic-468x90

 

media-banner_tkm

İran İslam Respublikası Gəmiçilik Şirkətinə (IRISL) məxsus iki yük gəmisinin Çinin Çjuay (Zhuhai) şəhərində yerləşən Qaolan limanından ayrılaraq İrana doğru yola çıxdığı bildirilir.

Yenicag.az xəbər verir ki, “Vaşinqton Post” qəzetinin kosmik görüntüləri, gəmi izləmə məlumatları və ABŞ Maliyyə Nazirliyinin qeydlərinə əsaslanan məlumatına görə, “Barzin” və “Şebdiz” adlı gəmilərə Çin limanında natrium-perklorat yüklənmiş ola bilər.

Mütəxəssislər Qaolan limanının məhz bu cür kimyəvi maddələrin yüklənməsi üçün istifadə olunduğunu bildirirlər. ABŞ Maliyyə Nazirliyi adından sanksiyalara nəzarət etmiş keçmiş rəsmi Miad Maleki qeyd edib ki, Qaolan limanı Çinin cənubunda ən böyük maye kimyəvi anbarlarından birinə malikdir.

Hazırda Cənubi Çin dənizində hərəkət edən iki İran gəmisinin ümumi tutumu təxminən 21 min konteyner daşımağa imkan verir.

Natrium-perklorat ballistik raketlər üçün istifadə olunan amonium-perkloratın istehsalında əsas komponentlərdən biri hesab olunur. ABŞ Çin tərəfindən İrana bu maddənin satışını sanksiyalar vasitəsilə məhdudlaşdırmağa çalışır. Böyük Britaniya və Avropa İttifaqı da IRISL şirkətinə sanksiyalar tətbiq edib.

Məlumata görə, “Barzin” gəmisinin 14 martda Bəndər-Abbas limanına, “Şebdiz” gəmisinin isə 16 martda Çabahar limanına çatması gözlənilir.

Qəzet yazır ki, bundan əvvəl də İrana məxsus 12 gəminin Çindən oxşar materiallar daşıdığı ehtimal edilir.

Bu məlumatlar ABŞ və İsrailin 28 fevralda İrana qarşı hərbi hücum başlatmasından sonra bölgədə gərginliyin artdığı bir dövrdə ortaya çıxıb. İran isə İsrailə və ABŞ hərbi bazalarının yerləşdiyi bəzi regional ölkələrdə müəyyən etdiyi hədəflərə zərbələrlə cavab verir. Tehranın məlumatına görə, hücumlar nəticəsində 926 nəfər həyatını itirib.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05