Çin gələn il yanvarın 8-dən etibarən ölkəyə gələn sərnişinlər üçün karantin məhdudiyyətlərini aradan qaldıracaq.
Yenicag.az “Milliyet”ə istinadən bildirir ki, son vaxtlar “sıfır COVID” siyasəti ilə sərt tədbirlər həyata keçirən Çin karantinlə bağlı yeni qərarlar qəbul edib. Bu fonda Türk Hava Yolları (THY) 13 yanvardan etibarən Şanxay uçuşlarına başlaya biləcək.
Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamada qeyd olunub ki, 2023-cü il 8 yanvar tarixindən etibarən “COVID-19″un xəstəlik təsnifatı “A” kateqoriyasından daha az sərt olan “B” kateqoriyasına endiriləcək.
Nəticədə qeyd olunan tarixdən xaricdən gələn sərnişinlərə tətbiq edilən karantin öhdəliyi də qaldırılacaq. Lakin karantin ləğv edilsə də, yola düşmədən 48 saat əvvəl tələb olunan mənfi PCR testi tələbi davam edəcək.
Gülşən
www.yenicag.az