Qarşıdakı 20 ildə Çində mülki təyyarələrin sayı sürətlə artaraq 10 mini ötəcək.
Yenicag.az xəbər verir ki, növbəti 20 ildə Çinin mülki aviasiya parkındakı təyyarələrin sayı ildə orta hesabla təxminən 5,2 faiz artacaq. Bu, dünya üzrə proqnozlaşdırılan orta artım tempindən yüksək göstəricidir. Nəticədə Çinin dünya üzrə mülki təyyarələrin sayındakı indiki 16 faizlik payı çoxalaraq 2038-ci ildə 21 faizə çata bilər.
Proqnoza əsasən, qarşıdakı 20 ildə dünyada ümumi dəyəri 6,6 trilyon ABŞ dolları olan 45 mindən çox yeni təyyarə istehsal olunacaq./AZƏRTAC/
www.yenicag.az