Çin nüvə enerjisi potensialına görə DÜNYA LİDERİDİR

media-hightechnic-468x90

Çində atom elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt təşkil edib ki, bu da ölkəyə göstərici üzrə dünya reytinqində birinci yeri tutmağa imkan verib.

media-banner_tuq

Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu məlumatlar Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən hazırlanan və açıqlanan “2026-cı il üçün Çinin nüvə enerjisinin inkişafı haqqında hesabat”da yer alıb.

Sənəddən məlum olur ki, Çin ərazisində kommersiya istismarı rejimində AES-lərin 60 enerji bloku fəaliyyət göstərir. Bundan əlavə, 36 enerji bloku tikinti mərhələsindədir – bu, planetdə inşa edilən bütün nüvə reaktorlarının yarısından çoxunu təşkil edir. Daha 16 enerji bloku artıq dövlət tərəfindən təsdiqlənmə prosedurundan keçib və tikinti işlərinin başlanmasını gözləyir.

Hesabatda qeyd olunub ki, 2026-cı ildə Çin iki yeni enerji blokunun inşasına başlayıb və cari ilin sonunadək yeddi qurğunu istismara vermək niyyətindədir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05