Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Çin təcrübəsi göstərdi ki...” – Adil Qeybulladan əhaliyə ÇAĞIRIŞ

“Sink koronavirusların burun-udlaq və boğaz nahiyəsində artıb çoxalmasını blokada edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri koronavirus pandemiyasından qorunmaq üçün insanları gigiyenik qaydalara düzgün riayət etməyə çağıran professor Adil Qeybulla bildirib.

Professora görə, əhali arasında COVID-19 ştampı ilə bağlı təsəvvürlər yanlış olmaqda davam edir. Ona görə də aşağıdakı tövsiyələrə əməl edilməsi vacibdir:

“Çin təcrübəsi göstərdi ki, təmasların maksimum məhdudlaşdırılmasına yönəlik karantin tədbirləri virusdan qorunmağın və infeksiyanın məhdudlaşdırılmasının ən mühüm təminatıdır.

Virus selektiv olaraq, ağ ciyərləri zədələdiyindən onun nəfəs yollarına düşməsinin qarşısı alınmalıdır. Nəfəs yollarını qorumağın effektiv yolu isə təmaslardan qaçmaqdır.

Evdə qalmağa üstünlük verin. Əllərinizi isti su altında sabunla 30 saniyə müddətində tez-tez yuyun. Əllə bir əşyaya və ya səthə toxunduqda ya dəsmal və ya salfet istifadə edin, ya da ovcunuzu yumruq kimi bükərək əlin arxa səthi ilə hərəkəti icra edin (qapı dəstəyinə toxunmaq, lift düyməsi basmaq və s.).

Eyni zamanda, əllərinizi yumadan ağız və burnunuza aparmayın. Mağazada və bayırda, imkan olduqca lateks və ya nitril əsaslı (adətən göy rəngli) əlcəklərdən istifadə edin.

Əlcəkləri onun boynundan tutaraq corab kimi çevirərək çıxarıb zibil qutusuna atın. Xəstəliyin məlum hər hansı əlamətini hiss etdikdə, gündə 2-3 dəfə sink preparatı için. Karantin şərtlərinə ciddi əməl edin. Bu, hamımızın təhlükəsizliyi üçün vacibdir”.

Gülşən Şərif

www.yenicag.az

1117