Çində bir ilk

media-hightechnic-468x90

25131Çin özünün ilk geri qaytarılan orbital aparatını Aya buraxmaq planlarını açıqlayıb.

Aparatın 2014-cü ilin sonunadək buraxılacağı gözlənilir.

Çinin Müdafiə Elmi, Texnologiyaları və Sənayesi üzrə Dövlət Komitəsi (METSDK) bildirir ki, orbital aparat əsas məqsədi Ayda torpaq nümunələri toplamaqdan ibarət olan Çinin gələcək “Çane-5” missiyasının testləşdirilməsi üçün nəzərdə tutulub.

Çin özünün ilk geri qaytarılan orbital aparatını ölkənin cənub-qərbində Sıçuan əyalətinin eyniadlı qəzasında yerləşən “Siçan” kosmodromundan yola salmağı planlaşdırır. Xəbər verilir ki, zond artıq kosmodroma gətirilib.

“Çane-5” missiyasının Çinin kosmik proqramında ən mürəkkəb missiya olacağı gözlənilir. Missiya zamanı mütəxəssislər Aya enmə və onun səthindən qalxma ilə yanaşı, Yer peykinin orbitində buraxılan zondun və əsas gəminin bir-birinə yaxınlaşması və birləşməsi üzrə bir sıra əməliyyatlar aparmağı planlaşdırırlar.

2020-ci ilədək Çin Ayda insanı oraya çatdırmaq üçün ilk orbital stansiyasını yaratmağı planlaşdırır. 2030-cu ilədək çinlilər Marsa da kosmik gəmi göndərərək Qırmızı planetdən torpaq nümunələri götürmək istəyirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600