Çinə məxsus hərbi arsenal Tayvan ətrafında AŞKAR EDİLDİ

media-hightechnic-468x90

Bu gün səhər saatlarında Tayvan adasının yaxınlığında Çinə məxsus 61 hərbi təyyarə və 10 gəmi aşkar edilib.

Yenicag.az xəbər verir ki, məlumatı Tayvan Müdafiə Nazirliyi özünün “X” hesabında yayıb.

Nazirliyin açıqlamasına görə, səhərədək Tayvan ətrafında 61 Çin hərbi təyyarəsi uçuş həyata keçirib, həmçinin adanın yaxınlığında Çin donanmasına aid 9 döyüş və 1 rəsmi gəmi müşahidə olunub. Tayvan ordusu vəziyyəti diqqətlə izləməyə davam edir.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir. Tayvan isə 1949-cu ildən bəri de-fakto müstəqilliyini qoruyur. Son illərdə Pekin Taypeyə qarşı hərbi təzyiqləri artıraraq adanı özünə birləşdirmək üçün lazım gələrsə, güc tətbiq etməkdən çəkinməyəcəyini bildirib.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600