Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.
Bu barədə Yenicag.az-a “Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edilə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə əlaqə saxlanıla bilər: https://help.azal.az/hc/az/requests/new
⠀
Xəbər verdiyimiz kimi, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır. Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.
⠀
Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.
www.yenicag.az