ÇL-də yeni mərhələnin cütləri müəyyənləşdi

media-hightechnic-468x90

Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra məlum olub. Beləliklə, Çempionlar Yolu ilə 6, Liqa yolu ilə 4 cütlük “pley-off”a vəsiqə uğrunda yarışacaq:

Çempionlar Yolu

“Seltik” (Şotlandiya) – “AEK” (Afina, Yunanıstan)

“Zaltsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya)

“Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya)

“Qarabağ” (AZƏRBAYCAN) – “BATE” (Borisov, Belarus)

“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

“Malmö” (İsveç) – “Videoton” (Macarıstan)

Liqa Yolu

“Standard” (Lyej, Belçika) – “Ayaks” (Hollandiya)

“Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə)

“Slaviya” (Praqa, Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna)

“PAOK” (Yunanıstan) – “Spartak” (Moskva, Rusiya)

Oyunlar 7-8 avqustda və 14 avqustda təşkil olunacaq. Adları birinci göstərilmiş komandalar ilk matçlarını evdə keçirəcəklər. Çempionlar Yolunda iki görüşün yekununda məğlub olacaq komandalar mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində, Liqa yolunda uduzacaq klublar isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər./Report/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05