Coğrafi məkan problemi: Bu ölkələr ekstremal BÖHRANLAR yaşayacaq – XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Elm adamları Türkiyənin də daxil olduğu 5 ölkənin riskli coğrafiyada yerləşdiklərini açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yaxın Şərq gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq.

Almaniyada yerləşən Maks Plank İnstitutunun “Review of Geophysics” elmi jurnalında dərc olunan araşdırmasına görə, Türkiyə ilə yanaşı, Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı ölkələri iqlim böhranından zərər çəkəcək. Onlar isti, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi böhranlara qarşılaşacaq. İlin sonunda bölgədə havanın temperaturunun 5 dərəcəyə qədər artacağı, xüsusilə yay aylarında misli görünməmiş yandırıcı istilərin olacağı təxmin edilir. Adı çəkilən ölkələrdə temperaturun artım sürətinin dünya ortalamasından təqribən iki dəfə yüksək olduğu bildirilib.

Sadiq Cavadov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa