Coni Dep evləndi

media-hightechnic-468x90

imagesHollivudun məşhur ulduzu, aktyor Coni Dep 28 yaşlı aktrisa Ember Herdlə münasibətlərini rəsmiləşdirib.

Bu haqda məlumatı “gazeta” saytı yayıb.

Məlumatda deyilir ki, 2 ildir ki, nişanlı olan cütlüyün nikah mərasimi Los Ancelesdə baş tutub. Toya yalnız 50-ə yaxın qonağın çağırıldığı deyilir.

Xatırladaq ki, Dep və Herd 2012-cü ildə “Rom gündəlikləri” filminin çəkilişlərindən sonra nişanlanmışdılar.

Qeyd edək ki, 51 yaşlı Dep 1980-ci ildə Lori Anna Allisonla evlənib.

Aktyor Lori ilə boşandıqdan sonra Keyt Moss, Vanessa Paradis və Vinona Rayder ilə eşq macərası yaşayıb, lakin o, heç kəslə münasibətini rəsmiləşdirməyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa